×
A
A
A
Sazlamalar

Ötən ay 268,7 kiloqram qızıl istehsal edilib

Bakı, 16 noyabr, AZƏRTAC

Oktyabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 268,7 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 15,4 kiloqram çox olub.
Noyabrın 1-nə olan vəziyyətə əsasən 212,5 kiloqram hazır qızıl ehtiyatı var.

Sənaye 2021-11-16 18:06:00