×
A
A
A
Sazlamalar

Ukraynanın Krivoy Roq şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə bilbordlar yerləşdirilib

Krivoy Roq, 6 noyabr, AZƏRTAC

Ukraynanın Krivoy Roq şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr - Zəfər Günü münasibətilə bilbordlar quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordlarda “Azərbaycanın Qələbə Günü”, “Qarabağ-Azərbaycandır!” şüarları yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycanın dövlət bayrağı, hərbçilərimizin şəkilləri əks olunub.
Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının sədri Rəmzi Rzayev AZƏRTAC-a bildirib ki, Zəfər Günü ilə bağlı şəhərin mərkəzi hissələrində 4 bilbord yerləşdirilib. Bilbordlar bir ay müddətdə nümayiş olunacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Krivoy Roq

Diaspor 2021-11-06 15:00:00