×
A
A
A
Sazlamalar

Elmi seminarda əl jestlərinin tanınması alqoritminin iş prinsipi təhlil edilib

Bakı, 30 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti onlayn elmi seminarında “Əl jestlərinin tanınması alqoritminin iş prinsipinin analizi” mövzusunda məruzə dinlənilib. Məruzəni institutun baş mütəxəssisi Kəmalə Qurbanova təqdim edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəçi təsvirdən jesti göstərən əlin aşkar edilməsi, əlin mövqeyinin, eləcə də əlin hərəkətinin tanınması üçün alqoritmin hazırlanması, əl jestlərinin tanınması üçün alqoritmin hazırlanması haqqında məlumat verib.
K.Qurbanova bildirib ki, kompüter görmə texnologiyasındakı müasir irəliləyişlər jestlərin izlənməsinə və tanınmasına xidmət edə biləcək ucuz, rahat və əlçatan cihazdır. Hazırda jestlərin tanıma problemini həll etmək üçün müxtəlif yanaşmalar mövcuddur.
Qeyd olunub ki, qloballaşan dünyada günbəgün inkişaf edən İKT-nin hər sahəyə tətbiqi təbii prosesdir. Onlayn mühitdə milli jest dilimizin tanınmasının təmin olunması istiqamətində yeni texnologiyaların, proqram təminatının və milli jestlərin xarakterik əlamətlərini özündə cəmləşdirən elektron bazanın formalaşması aktual məsələdir.

Texnologiya 2021-10-30 15:25:00