×
A
A
A
Sazlamalar

Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini ilə görüş olub

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz arasında görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) ilə əlaqələrin genişləndirilməsinə və birgə təşəbbüslərin reallaşdırılması imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

İqtisadiyyat 2021-10-27 19:08:00