×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 12 ipoteka krediti verilib

Bakı, 27 oktyabr, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 12 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 940 milyon 918 min 751 manatdır.

 

Maliyyə 2021-10-27 19:06:00