×
A
A
A
Sazlamalar

Pakistanda polis əməkdaşlarına silahlı hücum nəticəsində dörd nəfər həlak olub

İslamabad, 27 oktyabr, AZƏRTAC

Pakistanın Xayber-Paxtunxva əyalətində polis əməkdaşlarına silahlı hücum dörd nəfərin həyatına son qoyub. Bundan başqa, yaralıların olduğu bildirilir.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, əyalətin Lakki Marvat rayonunda terrorçular ərazidə növbə çəkən polis avtomobilinə hücumu nəticəsində baş verib.
Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.
Qruplaşma üzvləri bundan əvvəl əyalətin Bannu və Lakki Marvat rayonlarında iki polis əməkdaşını qətlə yetirmişdilər.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2021-10-27 18:42:00