×
A
A
A
Sazlamalar

Hakim “Gürcü Arzusu” Partiyası Tbilisidə izdihamlı mitinq keçirir

Tbilisi, 27 oktyabr, AZƏRTAC

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Tbilisidəki Azadlıq meydanında izdihamlı mitinq keçirir.
AZƏRTAC xəbər verir ki, “Basiani” ansamblının ifasında dövlət himninin oxunması ilə başlayan aksiyada partiyanın tərəfdarları ilə yanaşı, hökumət üzləri də iştirak edirlər.
Mitinqə paytaxt Tbilisi ilə yanaşı, bölgələrdən də gələn yüzlərlə insan qatılıb. Hazırda Tbilisidəki Azadlıq meydanında 50 mindən çox insan toplaşıb. Onların sayının yüz mindən çox olacağı gözlənilir.
Baş nazir İrakli Qaribaşvili hazırda aksiyada çıxış edir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2021-10-27 18:14:00