×
A
A
A
Sazlamalar

ABŞ səfiri Gəncədə erməni terroru nəticəsində həlak olanların xatirəsini yad edib

Gəncə, 27 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, diplomat Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətin izləri ilə tanış olub.
Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə ötən il 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terror aktları nəticəsində 26 nəfər həlak olub, 140-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Regionlar 2021-10-27 18:02:00