×
A
A
A
Sazlamalar

Azərbaycanlı futbolçu komandasına qələbə qazandırıb

Bakı, 27 oktyabr, AZƏRTAC
Ukraynanın “Aleksandriya” klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev komandasında ilk qollarını vurub.
AZƏRTAC xəbər verir ki, 20 yaşlı futbolçu Ukrayna kuboku yarışlarının səkkizdəbir final mərhələsində “Metallist 1925” ilə keçirilən matçda dubla imza atıb. O, komandasının 5:2 hesabı ilə qalib gəldiyi oyunun 24-cü və 29-cu dəqiqələrində rəqib qapısına yol tapmağı bacarıb. Gənc oyunçu 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, E.Mustafayev 2018-ci ildən “Aleksandriya”da çıxış edir. O, əsas komanda ilə 3 oyuna çıxıb.

İdman 2021-10-27 17:51:00