×
A
A
A
Sazlamalar

Dünya çempionatında daha iki boksçumuzun rəqibi müəyyənləşib

Bakı, 27 oktyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında Azərbaycan yığmasının iki boksçusunun rəqibi müəyyənləşib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz Mirşərif Kazımzadə (75 kq) on altıdabir final çərçivəsində ilk qarşılaşmada Soma Mesterlə (Macarıstan) gücünü yoxlayacaq. İlk mərhələdən azad olan boksçumuz S.Mesterlə oktyabrın 30-da görüşəcək.
Digər boksçumuz Sərxan Əliyev (71 kq) isə on altıdabir finalda Stefen Nevnslə (Şotlandiya) qarşılaşacaq. İlk mərhələdən azad olan boksçumuz S.Nevnslə oktyabrın 29-da qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu gün - dünya çempionatının üçüncü günündə iki boksçumuz mübarizəyə qoşulub. Çempionatda doqquz boksçumuz mübarizə aparır.

İdman 2021-10-27 17:45:00