×
A
A
A
Sazlamalar

Şərurda məktəblilərin flüoroqrafik müayinələri aparılır

Şərur, 27 oktyabr, AZƏRTAC

Şərur Rayon Uşaq Xəstəxanasında şagirdlərin flüoroqrafiya müayinəsi aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ilk mərhələdə rayonun Mahmudkənd tam orta məktəbinin 60 yuxarı sinif şagirdi profilaktik flüoroqrafik müayinələrdən keçirilib.
Xəstəlik halları müşahidə olunmayıb. Bu müayinə ən çox profilaktik məqsədlə - vərəm və bir sıra xəstəlikləri vaxtında aşkarlamaq, yayılmasının qarşısını almaq, ağciyərlərdə və sinədə patologiyaları müəyyənləşdirməyə xidmət edir.
Müayinələr noyabrın sonunadək davam edəcək.
Qeyd edək ki, immunprofilaktikaya dair vacib proqramların həyata keçirilməsinin nəticəsində əhalinin müxtəlif qrupları arasında bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.

 

Regionlar 2021-10-27 17:43:00