×
A
A
A
Sazlamalar

“Napoli” klubu UEFA-ya müraciət edib

Bakı, 27 oktyabr, AZƏRTAC
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin beşinci turunun “Spartak” (Moskva) – “Napoli” (İtaliya) oyunu baş tutmaya bilər. Matçın təxirə salınma ehtimalı yaranıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb Moskvada koronavirusa yoluxma sayının artmasıdır.
İtaliya təmsilçisi görüşün vaxtının dəyişdirilməsi üçün UEFA-ya müraciət edib. Başqa variant kimi isə görüşün başqa ölkədə keçirilməsi təklif olunub.
Qeyd edək ki, “Spartak” – “Napoli” oyunu noyabrın 24-də keçiriləcək.

İdman 2021-10-27 17:02:00