×
A
A
A
Sazlamalar

Tovuzda seysmik stansiya quraşdırılıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Tovuz rayonunda seysmik stansiyanın quraşdırılma işləri başa çatdırılıb.
Bu barədə AZƏRTAC-a mərkəzin informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən İsmayıllı və Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda hər iki rayonda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.

 

 

Ekologiya 2021-10-27 13:17:00