×
A
A
A
Sazlamalar

ASCO Xəzərdə üzən gəmilərinə xəbərdarlıq edib

Bakı, 25 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 25-i günün ikinci yarısından 26-sı axşam saatlarınadək Xəzər dənizində Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s, açıq dənizdə 30-32 m/s qədər güclənəcəyi gözlənilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, hava şəraitinin küləkli olması ilə əlaqədar ASCO Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.

Nəqliyyat 2021-10-25 19:04:00