×
A
A
A
Sazlamalar

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 8,5 faizi taksilərin payına düşür

Bakı, 25 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 797,4 milyon sərnişin daşınıb və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 91,5 faizi avtobus, 8,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 8 faiz azalıb.

Nəqliyyat 2021-10-25 18:21:00