×
A
A
A
Sazlamalar

Şamil Ayrım: Can Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü fəxarətlə qeyd etməkdən çox məmnunuq

Ankara, 20 oktyabr, AZƏRTAC

Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü Qarabağ zəfərinin işığında qeyd etməkdən çox məmnunuq. Ötən otuz ildə ilk dəfədir ki, könül rahatlığı ilə, böyük fəxarətlə bu günü qeyd edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ifadə edib.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və ötən yüzilliyin sonunda dövlət müstəqilliyimizin yenidən bərpa olunması məsələlərindən danışan, böyük Zəfəri yüksək dəyərləndirən, Azərbaycanın sevincinə ailəsi ilə birlikdə qatıldığını diqqətə çatdıran Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım deyib: “Məqsədimiz bu coğrafiyada sülhü, sabitliyi, inkişafı, qardaşlığı qorumaqdır”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2021-10-20 21:07:00