×
A
A
A
Sazlamalar

Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu yaradılacaq

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzaladıq. Müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın inkişafını ehtiva edən sənədə uyğun olaraq, iqtisadi əməkdaşlığın əlaqələndirilməsi və təşviq edilməsi məqsədilə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupu yaradılacaq”, - deyə nazir qeyd edib.

İqtisadiyyat 2021-10-20 16:59:00