×
A
A
A
Sazlamalar

Qafqazşünaslıq İnstitutu əməkdaşlarının məqalələri Gürcüstanda dərc olunub

Bakı, 20 oktyabr, AZƏRTAC

Qori Dövlət Tədris Universitetinin 2020-ci ildə təşkil etdiyi “Qafqazda sülh axtarışları” mövzusunda beynəlxalq elmi simpoziumun materialları çap olunub.
Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabda elmi müəssisənin direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Cənubi Qafqazdakı münaqişələrə Rusiya, Türkiyə və İranın yanaşması”, şöbə müdirləri dosent Elnur Kəlbizadənin “İran İslam Respublikasının Qafqaz siyasətində Ermənistanın yeri və rolu”, Günel Musayevanın “Ermənistanın Azərbaycanın neft və qaz kəmərlərinə hücum cəhdi”, Samirə Həbibbəylinin “Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı regional sabitlik amili kimi” məqalələri dərc olunub.
Kitabda Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Polşadan 21 alimin məqaləsi yer alıb.

Elm və təhsil 2021-10-20 16:49:00