×
A
A
A
Sazlamalar

Uşaqlar üçün yazılan “İki qardaş” poeması Respublika Uşaq Kitabxanasına hədiyyə edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Uşaqlar üçün yazılan “İki qardaş” poeması F.Köçərli adına Respublika Uşaq Kitabxanasına hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, “İki qardaş” uşaq poeması 1912-ci ildə lirik, satirik şeirləri, vətənpərvərlik ruhunda qəzəlləri, mənzumə və rübailəri ilə tanınan şair Abbas Ağa (Nazir) Qayıbzadə tərəfindən yazılıb. Poema iki qardaşdan (ağıllı və tənbəl) bəhs edir. Kitabın orijinalı 108 il sonra (2020-ci ildə) şairin nəslindən olan Rüstəm Nazir Qayıbov tərəfindən tapılıb.
Abbas Ağa (Nazir) Qayıbzadə, məşhur Azərbaycan şairi Molla Vəli Vidadinin nəvəsi, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrünün məşhur şairi Mirzə Nəbi Qayıbzadənin oğludur.
Abbas ağa Nazir nəslinin davamçısı Rüstəm Nazir Qayıbov tərəfindən kitabxanaya hədiyyə olunan “İki qardaş” uşaq poeması kitabxananın daimi oxucularına çox dəyərli töhfə olmaqla yanaşı, həm də kitabxana fondunu zənginləşdirmək baxımından xüsusi önəm daşıyacaq.

Mədəniyyət 2021-10-20 16:42:00