×
A
A
A
Sazlamalar

“Zəfər qəhrəmanları” adlı tədbir təşkil olunub

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsi qəhrəmanlarına həsr edilmiş “Zəfər qəhrəmanları” adlı tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və döyüşçüləri iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirdə çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova qeyd edib ki, məhz Ali Baş Komandanın rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti və rəşadəti sayəsində 44 günə ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
Sonra “Qarabağ bizimdir”, “Qarabağ Azərbaycandır” adlı slayd nümayiş olunub.

Mədəniyyət 2021-10-20 16:30:00