×
A
A
A
Sazlamalar

Kempoçularımız dünya çempionatında 2 medal qazanıblar

Bakı, 20 oktyabr, AZƏRTAC

Ukraynanın Xarkov şəhərində kempo və kobudo üzrə dünya çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, komandamız kempoçuların yarışında 2 medal qazanıb. Belə ki, Vüqar Cəfərov (70 kq) bütün rəqiblərini məğlub edərək yarışın qalibi olub. Digər təmsilçimiz - 90 kiloqram çəki dərəcəsində çıxış edən Ramin Kazımov keçirdiyi 3 görüşün hamısında qələbə qazanaraq dünya çempionu adına layiq görülüb.
Turnirdə 16 ölkədən idmançılar iştirak ediblər.

 

İdman 2021-10-20 14:04:00