×
A
A
A
Sazlamalar

Tarix Muzeyi əməkdaşlarının həmmüəllif olduqları elmi məqalə beynəlxalq jurnalda dərc edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi, dosent Tural Şiriyevin və Etnoqrafiya elmi fond şöbəsinin böyük elmi işçisi Sevinc Nəsirovanın həmmüəllif olduqları “XIX əsrdə Azərbaycanda şiə müsəlmanların bəzi dini ənənələrinə dair” (“About Some Religious Customs of Shii Muslims in Azerbaijan in the 19th Century”) adlı elmi məqalə Türkiyənin Sakarya Universitetinin ERIHPLUS indeksli “Akademik İncelemeler” beynəlxalq jurnalında dərc olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, məqalədə elmi ədəbiyyat, həmçinin Milli Azərbaycan Tarixi Muzeyində qorunan XIX əsrə aid bəzi dini məzmunlu materiallar – ələm, kəşkül, şərbətxor, namazılıq və s. əsasında Azərbaycan xalqının məişət mədəniyyətində islam dininin rolu araşdırılıb.
Qeyd edək ki, məqalədə muzeyin Etnoqrafiya və Sənədli mənbələr fondlarının materiallarından istifadə olunub.

Elm və təhsil 2021-10-20 13:42:00