×
A
A
A
Sazlamalar

Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksi və istirahət parkında yenidənqurma işləri aparılır

Lerik, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lerik şəhərində İkinci Dünya müharibəsində həlak olan rayon sakinlərinin, Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış döyüşçülərin adlarını əbədiləşdirmək məqsədilə inşa edilmiş “Şəhidlər” abidə kompleksində və istirahət parkında yenidənqurma və bərpa işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə kompleksində yeni işıqlandırma sistemi qurulub, ərazidə təmir və bərpa işləri görülüb. Hazırda həmişəyaşıl ağaclar və gül kolları əkilir.

Regionlar 2021-10-20 13:53:00