×
A
A
A
Sazlamalar

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib VİDEO

Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb: “Paytaxt yollarının, piyada səkilərinin, yolların hərəkət istiqamətlərinin zəbt olunması məsələsini dəfələrlə vurğulasaq da, təəssüf ki, yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər hələ də təkrarlanır. Yol polisi yenidən gücləndirilmiş tədbirlər keçirib və bu proses davam edəcək.
Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”, - deyə A.Əsgərli vurğulayıb.

Hadisə 2021-10-20 13:44:00

Video