×
A
A
A
Sazlamalar

Milli parkın ərazisində ova cəhd edən şəxslər cəzalandırılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın Quba bölməsinin ərazisində ova cəhd edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Əli Quliyev və Quba rayon sakini Səxavət Zalov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Ekologiya 2021-10-20 13:15:00