×
A
A
A
Sazlamalar

“Milan” UEFA Çempionlar Liqasında antirekorda imza atıb

Bakı, 20 oktyabr, AZƏRTAC

İtaliyanın “Milan” klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, komanda buna qrup mərhələsinin üçüncü turunda Portuqaliyada "Portu"ya uduzmaqla nail olub - 0:1.
Turnirin 7 qat qalibi daha əvvəl qrup mərhələsindəki ilk 3 oyunun hamısında məğlub olmamışdı.
Stefano Piolinin baş məşqçi olduğu komanda ilk turda İngiltərə "Liverpul"una 2:3, növbəti turda isə İspaniya “Atletiko”suna 1:2 hesabı ilə uduzub.


 

İdman 2021-10-20 12:53:00