×
A
A
A
Sazlamalar

Zəngilan – qayıdışın mübarək!

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasında “Zəngilan – qayıdışın mübarək!” adlı tədbir təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə torpaqlarımızın azad olunmasından və zəngilanlıların tezliklə öz dədə-bab torpaqlarına qayıdacağından söhbət açılıb.
Sonra şagirdlərə Zəngilan rayonunun azad olunma tarixi və coğrafi mövqeyi haqqında geniş məlumat verilib.
Tədbirin sonunda şagirdlərin ifasında qürur və sevinc hissi ilə “Zəngilan” şeiri səslənib.

 

 

Mədəniyyət 2021-10-20 12:52:00