×
A
A
A
Sazlamalar

Gennadi Nadolenko: Cənubi Qafqazda sülh müqaviləsi beynəlxalq hüququn bütün normalarına müvafiq olmalıdır

Kiyev, 20 oktyabr, AZƏRTAC

Sülh həmişə müharibədən yaxşıdır. Sülh müqaviləsi beynəlxalq hüququn bütün normalarına müvafiq olmalıdır və ən başlıcası, onun müddəaları yerinə yetirilməlidir.
Ukrayna Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko AZƏRTAC-a müsahibəsində Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın səylərini şərh edərək bu fikri söyləyib.
Gennadi Nadolenko vurğulayıb ki, əgər sülh müqaviləsi Cənubi Qafqaz regionunda gərginliyi azaldarsa, bu, hər iki ölkə üçün və bütövlükdə dünya üçün müsbət hal olacaq.
Diplomatik Akademiyanın direktoru daha sonra deyib: “Region inkişaf edəcək, lakin bunun üçün, xüsusən sosial-iqtisadi və humanitar istiqamətlərdə, həmçinin təhlükəsizlik sahəsində çox iş görmək lazımdır”.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2021-10-20 12:41:00