BDU: “Zəfər yolu” layihəsinin növbəti qonağı Vətən müharibəsi iştirakçısı Kərim Şərifov olub
Bakı, 20 oktyabr, AZƏRTAC
“Zəfər yolu” verilişinin on doqquzuncu buraxılışı təqdim olunub.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, layihənin on doqquzuncu verilişində Vətən müharibəsi iştirakçısı Kərim Şərifov keçdiyi döyüş yolundan bəhs edir.
Qeyd edək ki, BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris teleradio studiyası tərəfindən Vətən müharibəsinin ildönümünə həsr olunan “Zəfər yolu” layihəsi həyata keçirilir.
8 Noyabr - Zəfər Gününə qədər davam edəcək layihə çərçivəsində hazırlanan proqramlarda Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatları, əsgər və zabitlərimizin qəhrəmanlığı, düşmənin təslim olması və s. barədə danışırlar.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunur. Proqramın buraxılışları BDU TV-də yayımlanır. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir