×
A
A
A
Sazlamalar

Yanvar-sentyabr aylarında nəqliyyat vasitələri ilə 140,3 milyon ton yük daşınıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 140,3 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,2 faiz azalıb. Yüklərin 57,3 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 2,9 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 31,7 faizi isə boru kəməri ilə daşınıb.

Nəqliyyat 2021-10-19 19:08:00