×
A
A
A
Sazlamalar

Keçən ay mis filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Sentyabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən 159 tonu mis filizləri və konsentratlarının payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici avqust ayı ilə müqayisədə 38 ton azdır.
Oktyabrın 1-nə olan vəziyyətə əsasən, hazır məhsul ehtiyatı 334,6 ton təşkil edib.

Sənaye 2021-10-19 18:44:00