×
A
A
A
Sazlamalar

Sentyabrda qiymətli metal filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Sentyabr ayında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 635,3 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 3 kiloqram azalma deməkdir.
Oktyabrın 1-nə olan vəziyyətə əsasən, 406,3 kiloqram hazır məhsul ehtiyatı var.

Sənaye 2021-10-19 16:58:00