×
A
A
A
Sazlamalar

Ötən ay ölkədə 382 kiloqram gümüş istehsal edilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Sentyabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 382 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 40 kiloqram çox olub.
Oktyabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 166,9 kiloqram təşkil edib.

Sənaye 2021-10-19 16:36:00