×
A
A
A
Sazlamalar

Növbəti “Açıq mikrofon” aksiyası Zərdab rayonunda baş tutub

Bakı, 18 oktyabr, AZƏRTAC

“Azəriqaz” İB tərəfindən kommunal sektorda ilkə imza atılaraq başlanılan “Açıq mikrofon” aksiyası davam edir. İndiyədək təşkil olunan aksiyaların hər birinin müsbət istiqamətdə həllini tapması vətəndaşların aksiyaya olan inam və marağını daha da artırır.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə “Səyyar qəbul otağ”ı Zərdab rayonunun Kəndəbil kəndində təşkil olunub. 21-ci dəfə təşkil olunan aksiyanın imkanlarından bu kəndin sakinləri ilə birgə Ağabağı kəndinin sakinləri də istifadə ediblər. Görüşdə “Azəriqaz” İB-nin və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri kənd sakinlərinin təklif və problemlərini dinləyiblər. Vətəndaşlar təbii qaz olmaması səbəbindən əsasən payız-qış mövsümündə üzləşdikləri çətinliklərdən söz açıblar. Sakinlər qarşıdan gələn qış aylarında hər iki kəndin qazlaşdırılmasını xahiş ediblər. Daxil olan hər bir müraciət Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunduqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.
Qeyd edək ki, indiyədək Zərdab rayonunda 40 yaşayış məntəqəsindən 36-sı təbii qazla təmin olunub.

 

Regionlar 2021-10-18 18:53:00