×
A
A
A
Sazlamalar

Sabahdan 131 nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 15-dən 131 nömrəli marşrut xətti (Maştağa qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsində Heybət Heybətov küçəsi 44, Heybət Heybətov 63, B.Bağırov küçəsi, Sabunçu qəsəbəsində Şəhər şosesi, Zabrat qəsəbəsində Babək küçəsi 336, Oktyabr küçəsi, Nərimanov 23, Sadiq Cəfərov 26, Savalan qəsəbəsində, Məhəmmədəli Şəfai 37 ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb. Bununla yanaşı, sərnişinlər istifadə etdikləri “BakıKart”ın balansını https://online.bakikart.az portalından onlayn qaydada artıra bilərlər.

 

Nəqliyyat 2021-10-14 19:53:00