Dünyanın ən yaşlı kərgədanı ölüb
Roma, 13 oktyabr, AZƏRTAC
İtaliyanın şimalındakı Verona şəhəri yaxınlığında yerləşən "Parco Natura Viva" zooparkında saxlanılan dünyanın ən yaşlı kərgədanı ölüb.
AZƏRTAC xəbər verir ki, 54 yaşlı "Nonno Toby"nin mumiyalanacağı və 5 il əvvəl eyni zooparkda ölən ağ aslan "Blanco"nun yanında Trentodakı "MuSe" elm muzeyində sərgilənəcəyi bildirilib.
Beləliklə "Parco Natura Viva" zooparkında yalnız bir ağ kərgədan qalıb ki, o da 39 yaşlı "Benno"dur.
Nəsli kəsilməkdə olan şimal ağ kərgədan alt növlərindən isə 2-sinin sağ qaldığı, onların da Keniyada 24 saat silahlı mühafizəçilərin nəzarəti altında saxlanıldıqları bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib