×
A
A
A
Sazlamalar

Evdə COVID-19 xəstəsi varsa yoluxma riskini necə azaltmaq olar

Bakı, 11 oktyabr, AZƏRTAC

İnsan orqanizmi immun sisteminin işi sayəsində COVID-19-un öhdəsindən gələ bilər və ya yoluxmuş hissəciklərin yalnız çox kiçik bir hissəsini aldıqda infeksiyanı asanlıqla keçirə bilər. Bu səbəbdən yeni yoluxmuş insanın qaldığı evdə digərlərinin maska taxması lazımdır. Maskanı tez-tez dəyişdirmək lazımdır. O zaman biz ailə üzvlərini daha böyük əminliklə infeksiyadan qoruya bilərik.
AZƏRTAC “Medikforum”a istinadla infeksiyanın profilaktikasının digər tədbirlərindən bəhs edir.
Pəncərələri açaraq mənzili mümkün qədər daha tez-tez havalandırmaq lazımdır - təmiz hava axını otaqdakı virus hissəciklərinin konsentrasiyasını azaldır.
Müntəzəm olaraq otağı nəm parça ilə silmək.
Evin bütün səthlərini, xüsusən də ən çox toxunulan səthləri xlor tərkibli vasitə ilə təmizləmək.

Sağlamlıq klubu 2021-10-11 18:10:00