×
A
A
A
Sazlamalar

İKT-nin tətbiqi ilə dil biliklərinin tədrisi və qiymətləndirilməsi məsələlərinə dair beynəlxalq təcrübə araşdırılıb

Bakı, 5 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutu Tədris İnnovasiya Mərkəzinin (TİM) “İKT-nin tətbiqi ilə dil biliklərinin tədrisi və qiymətləndirilməsi məsələləri ilə bağlı beynəlxalq təcrübələrin analizi” mövzusunda onlayn elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəni təqdim edən TİM-in əməkdaşı Lalə Əliyeva dil biliklərinin tədrisi və qiymətləndirilməsində beynəlxalq standartın tətbiqi, CEFR beynəlxalq standartına əsasən dil biliyinin səviyyələri və onların qiymətləndirilməsi, CEFR beynəlxalq standartının Azərbaycanda tətbiqinə dair görülən işlər, eləcə də beynəlxalq standartlara əsaslanaraq dilin əcnəbilərə tədrisi və dil biliklərinin qiymətləndirilməsi üçün dünya təcrübəsindən yanaşmalar haqqında danışıb.
Daha sonra tədqiqatçı İKT-nin dil biliklərinin tədrisi və qiymətləndirilməsində rolundan bəhs edib. L.Əliyeva diqqətə çatdırıb ki, CEFR beynəlxalq standartını Azərbaycan dilinə uyğunlaşdırmaqla dünyanın istənilən nöqtəsində yaşayan və Azərbaycan dilinə maraq göstərən əcnəbilərin İKT-nin tətbiqi ilə Azərbaycan dilini öyrənmələrini təmin etmək, onların dil biliklərini qiymətləndirmək mümkündür.

 

Texnologiya 2021-10-05 17:56:00