×
A
A
A
Sazlamalar

Azərbaycanda bu gün 56 min 355 nəfər COVID-19 infeksiyası əleyhinə vaksinasiya olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycanda 56 355 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 701 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 8 349 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 750, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 636 195 təşkil edir.

Cəmiyyət 2021-09-26 16:52:00