×
A
A
A
Sazlamalar

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası yoxlama oyununda qalib gəlib

Bakı, 26 sentyabr, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Birinci Divizion təmsilçisi “Keşlə-2” komandası ilə qarşılaşan millimiz 2:0 hesabı ilə qələbə qazanıb. Oyunda qolları Murad Ələkbərov və Murad Məmmədov vurublar.

İdman 2021-09-26 16:28:00