×
A
A
A
Sazlamalar

BDYPİ: Sabah Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar paytaxtda keçiriləcək tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə Neftçilər prospekti ilə Azadlıq meydanından Ağ Şəhər Bulvarı istiqamətində kəsişən, bitişən və paralel küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a açıqlamasında deyib.
V.Əsədov qeyd edib ki, səhər saat 06:30-dan 14:00-a qədər Afiyəddin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Puşkin, Rixard Zorge, Kövkəb Səfərəliyeva, Niyazi və Mehdi Hüseyn küçələri, Azadlıq və Neftçilər prospektləri, eləcə də Azneft meydanından avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.
Həmçinin Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl və 20-ci sahə qəsəbələri yanından isə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.
Saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükut elan ediləcək.

Sosial 2021-09-26 16:14:00