×
A
A
A
Sazlamalar

Şəhid övladları Şuşa şəhərində ağacəkmə aksiyasında iştirak ediblər

Bakı, 26 sentyabr, AZƏRTAC

“YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Şəhid əmanətləri Şuşada” layihəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, layihə çərçivəsində Şuşa şəhərinin ərazisində ağacəkmə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd Eldar şamı ağacı əkilib.
Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir. Həmçinin Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dair, eyni zamanda, Bakı Media Mərkəzinin film təqdimatları gerçəkləşib.
Xatırladaq ki, sentyabrın 25-26-nı əhətə edən “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində iştirakçılar üçün müxtəlif təqdimatlar, Şuşa şəhərinin müxtəlif yerlərinə ekskursiyalar təşkil olunub.
Şəhidlərimizin övladları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi ilə yaxından tanış olmaq, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər.
Layihənin tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi, sponsorlar “Günaydın”, “Shaurma N1” restoranlarıdır.

Sosial 2021-09-26 16:02:00