×
A
A
A
Sazlamalar

DİM: Rezidenturaya qəbul imtahanının nəticələri üç gün ərzində elan olunacaq

Bakı, 26 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 26-da keçirilən rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) başa çatıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Elm və təhsil 2021-09-26 15:55:00