×
A
A
A
Sazlamalar

Gürcüstanın Quriya bölgəsinə ilk qar yağıb

Tbilisi, 26 sentyabr, AZƏRTAC

Gürcüstanın Quriya bölgəsinə ilk qar yağıb.
AZƏRTAC xəbər verir ki, Quriyanın Baxmaro kurort zonasında qarın hündürlüyü 6-7 santimetr, dağlıq ərazidə isə 12-17 santimetr təşkil edir. Bölgədə havanın temperaturu da kəskin aşağı düşüb. Mütəxəssislər belə hava şəraitinin sentyabr ayı üçün xarakterik olmadığını bildirirlər.
Qışın belə tez gələcəyini gözləməyən turistlər və yerli əhali bir sıra problemlərlə üzləşib. Yerli rayon və kurort rəhbərliyi əhalinin, xüsusən də bölgədəki xarici turistlərin problemlərini həll etmək üçün tədbirlər görür.
Qeyd edək ki, güclü külək, dolu və leysan yağışları Gürcüstanın digər bölgələrində də ciddi problemlər yaradıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2021-09-26 15:35:00