Sentyabrın 26-sı Beynəlxalq Karlar Günüdür
Bakı, 26 sentyabr, AZƏRTAC
Hər il sentyabrın son bazar günü Beynəlxalq Karlar Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib və onun başlıca hədəfi karların üzləşdikləri gündəlik problemlərlə əlaqədar cəmiyyətin məlumatlandırılmasıdır.
1760-cı ildə Parisdə rahib de Lepe Parisdə lal-karlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı idi.
Statistikaya görə, dünyada təxminən 650 milyon nəfər, başqa sözlə, hər doqquz nəfərdən biri eşitmə problemlərindən əziyyət çəkir.
Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.
Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, onlarca məşhurun adlarını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılıncoynadan və rəqqas idi.
Tarixdə başqa məşhurların da adı var. Məsələn, fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.
Hər il Beynəlxalq Lal-Karlar Federasiyasının çağırışı ilə eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi informasiya vasitələri işçiləri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirilir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar