×
A
A
A
Sazlamalar

Su kanalında batan Bərdə rayon sakininin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən hissəsində sentyabrın 24-də batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Hadisə 2021-09-26 13:57:00