×
A
A
A
Sazlamalar

Marneulidə yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib

Tbilisi, 26 sentyabr, AZƏRTAC
Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib.
Bu barədə AZƏRTAC-a SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov məlumat verib.
Onun sözlərinə görə, hər il sentyabrın 23-dən 30-dək Gürcüstanda Avropa İdman Həftəsi keçirilir. Turnir də məhz “Avropa İdman Həftəsi -2021” çərçivəsində baş tutub.
Turnirdə 18 gənc və yeniyetmə iştirak edib.
Sonda qaliblər mükafatlandırılıblar.
Azərbaycanlı gənc idmançılar Rəvan Abdullayev I, Turan Həsənov II, Mehdi Gərəkməzli III-cü yerə layiq görülüblər.
Digər fərqlənən idmançılara da xatirə hədiyyələri təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İdman 2021-09-26 01:33:00