×
A
A
A
Sazlamalar

“Qəbələ”nin zədəli legionerinin vəziyyətinə aydınlıq gəlib

Bakı, 25 sentyabr, AZƏRTAC
“Qəbələ”nin zədəli legionerinin vəziyyətinə aydınlıq gəlib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının dördüncü turunda “Səbail” ilə ev qarşılaşmasında zədələndiyinə görə əvəzlənən Yaovi Akakpo müayinədən keçib.
Toqolu yarımmüdafiəçinin zədəsinin ağır olduğu aşkarlanıb. Ön çarpaz bağları qopan gənc oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Akakponun sağalma müddəti və meydana qayıdacağı vaxt əməliyyatdan sonra dəqiqləşəcək. İlkin ehtimallara görə, Yaovi ən azı 6 aydan sonra yaşıl meydanlara qayıda biləcək.

 

İdman 2021-09-25 14:23:00