×
A
A
A
Sazlamalar

Xaçmazda Anım Günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında 1000-dən çox Eldar şamı əkilib

Xaçmaz, 25 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda 27 sentyabr - Anım Günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında 1000-dən çox Eldar şamı tingi əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekoloji aksiya çərçivəsində Xaçmaz-Quba və Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinin kənarlarında ağaclar əkilib.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin, yerli hüquq- mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə təşkilat və müəssisələrin kollektivləri, Vətən müharibəsi iştirakçıları və könüllülər iştirak ediblər.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.
Ağacəkmə aksiyası qarşıdakı günlərdə park və xiyabanlarda davam etdiriləcək.

Regionlar 2021-09-25 13:47:00