×
A
A
A
Sazlamalar

® “Kapital Bank” aztəminatlı ailələrdən olan tələbələri mükafatlandırıb

Xəbər verdiyimiz kimi, Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü, “Kapital Bank”ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad rayonunda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə 2020-ci ilin sentyabr ayından sosial layihə başlayıb.

Həmin ailənin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak ediblər. Gənclərdən 3-ü yüksək bal yığmaqla, ümumilikdə 7 nəfəri ali məktəbə, 5 nəfəri isə peşə məktəbinə daxil olub.
Bununla əlaqədar sentyabrın 24-də Bakı Kitab Mərkəzində keçirilən görüş zamanı Sabirabadın millət vəkilləri Kamal Cəfərov və Ramin Məmmədov, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı, “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Aqrar İnnovasiya və Təchizat şirkətinin direktoru Tofiq Niftəliyev, “Kainat” Tədris Mərkəzinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak edib.
Tədbir zamanı tələbə adını qazanan gənclərə “Kapital Bank” adından qiymətli hədiyyələr – noutbuklar, planşetlər və smartfonlar hədiyyə olunub. Tədbirdən sonra tələbələr paytaxtın “8 Noyabr” prospektində yerləşən Hərbi Qənimətlər Parkını ziyarət etdilər.
Qeyd edək ki, Düşünən Azərbaycan Gənci (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarının yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahanlarında iştirak edib və yüksək potensiala malik 12 gənc layihəyə cəlb olunub.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

İqtisadiyyat 2021-09-25 12:10:00